-
- 3-03-2020, 14:28
- 964
"Zəhlənizi tökəcəyəm" - GÜNAY MALİKQIZI
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) yeni təyinat olub.
News24.az xəbər verir ki, tanınmış jurnalist Günay Malikqızı qurumun İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Jurnalist News24.az-ın əməkdaşı ilə söhbətində məlumatı təsdiqləyib: "Çox həyəcanlıyam çünki yeni sahədir. Düşünürəm ki, mənə göstərilən etimadı doğrulda biləcəyəm. Mətbuat katibi vəzifəsinin özünəməxsus iş prinsipi, qaydaları, həm də bu yolda uğura aparan yolu var. Amma düşünürəm ki, əgər, əvvəl də bu işdə çalışmışamsa, təcrübəm varsa, çətin olmayacaq. Məsələn, dünən modadan danışırdımsa, bu gün idmandan bəhs edə bilərəm. Bir yerdə qalmaq olmaz. Jurnalist kimi inkişaf etməlisən. Mətbuat katibinin işi daha çox ictimaiyyətlə əlaqəli olduğundan çalışdığın qurumun bütün işlərini yaxşı təqdim etməli və informasiyanı hər kəsə çatdırmalısan".
G. Malikqızı bundan sonra da mətbuat nümayəndələri ilə sıx əlaqə quracağını bildirib: "Mən özümü jurnalistlərin yanında çox rahat hiss edirəm, ona görə də onlardan qaçacağımı düşünmürəm. Onlardan kənarda olmaq əslində bizə sərf eləməz. Qaçmaq ancaq marafonda ola bilər. Yaxşı mənada zəhlənizi tökəcəyəm". (gülür)
Qeyd edək ki, Günay Malikqızı son olaraq Park Bulvar AVM-in PR meneceri vəzifəsində çalışıb.
Sevda Bayramova