“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində kadr dəyişikliyi baş verib.

News24.az xəbər verir ki, “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti ilə dövri nəşrlər şöbəsi ləğv edilib.

Əvəzində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb.

Ləğv edilən ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yahya Babanlıya müvafiq iş təklif edilsə də, o, öz ərizəsi ilə “Azərenerji” ASC-dən ayrılıb. 

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi vəzifəsinə Teymur Abdullayev təyin olunub.

Qeyd edək ki, Teymur Abdullayev əvvəl “Azərişıq” ASC-nin “ASAN Xidmətlə” iş şöbəsinin rəis müavini vəzifəsində çalışıb.