Bütün təhsil müəssisələrində tibbi-profilaktik tədbirlər davam ETDİRİLİR
    • 3-03-2020, 18:27
    • 1 243

Bütün təhsil müəssisələrində tibbi-profilaktik tədbirlər davam ETDİRİLİR

Koronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı, Sumqayıt,  Şirvan, Gəncə şəhərləri, Xaçmaz, Ucar, Qax, Qazax, Ağdam, Samux, Ağsu rayonları da daxil olmaqla digər şəhər və rayonlarda profilaktik tədbirlər intensivləşdirilib. Müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə bütün təhsil müəssisələrində martın 9-dək tədris prosesi dayandırılıb.

Qeyd edək ki, martın 10-dək Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.