SOCAR koronavirusa görə əməkdaşlarını evə buraxdı
    • 4-03-2020, 14:00
    • 1 179

SOCAR koronavirusa görə əməkdaşlarını evə buraxdı

SOCAR şirkəti korona virusa görə işə gələn əməkdaşlarını bu gün evə buraxıb. 

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov News24.az-a bu məlumatı təsdiqləyib:

“Bu profilaktik tədbirlərdir və əsasən də insanların çox toplaşdığı yerlərdə, məsələn ofis şəraitində xəstəliyə yoluxma təhlükəsi yaranmasın deyə, əməkdaşlara bildirildi ki, istehsalat zərurəti yoxdursa, evdən işləsinlər. Burada 1200-dən artıq insan bir yerdə işləyir. İşçilərə təklif olunub ki, kompüter avadanlıqlarını götürüb evdən işləsinlər. "Skayp" üzərindən iclaslar təşkil olunsun, yəni bir otaqda çox adam yığışmasın. SOCAR-ın inzibati binasında dezinfeksiya işləri aparılır, dispenserlər yerləşdirilib, gələnlərin həratəti ölçülür. Virus yayılmış ölkələrdən gələn əməkdaşlar isə 2 gün ərzində işə çıxmayaraq SOCAR-ın hesabına müayinədən keçəcəklər”.

İ.Əhmədov onu da bildirib ki, əməkdaşlara virusun yayıldığı xarici ölkələrə getməmək tövsiyyə olunub: “Bir sözlə ölkədə virusun yayılmasının qarşısını almaq üçün SOCAR ciddi tədbirlərə başlayıb.  Bizim təlim mərkəzləri də martın 10-dək dayandırılıb.  

Afaq Mirayiq