-
- 29-11-2018, 18:45
- 1 580
SOCAR San-Marino şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) San-Marinonun İctimai Xidmətlər üzrə Dövlət Şirkəti (AASS) şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.
Sənəd SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyovunrəhbərlik etdiyi nümayəndə heyətinin San-Marinoya səfəri zamanı imzalanıb.
Belə ki, səfər çərçivəsində Xarici İşlər üzrə Dövlət Katibliyinin binasında San-Marinonun enerji məsələlərinə məsul olan dövlət katibi Marco Podeski və AASS prezidenti Fedriko Kreşentini ilə görüşlər keçirilib.
Sonda SOCAR və AASS arasında Anlaşma Memorandumu imzalanıb. İki şirkət arasında enerji sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd cari ilin mayında San-Marinonun xarici işlər üzrə dövlət katibi Nikola Renzinin Azərbaycana səfəri zamanı iki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn ilk addımdır.
//AZƏRTAC