Rumıniyada 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edildi
    • 5-03-2020, 16:41
    • 757

Rumıniyada 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edildi

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi  2020-2021-ci tədris ili üçün Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilib. Tədris rumın dilində aparılacaq.

Təqaüd proqramına müraciət edəcək iddiaçılar Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az )  müraciət etməlidirlər.  Müraciət üçün son tarix 5 aprel 2020-ci ildir.

Təqaüd proqramı ilə bağlı əlavə məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.