Səhiyyə Nazirliyinə yeni nazir müavini təyin edildi
    • 5-03-2020, 16:47
    • 1 043

Səhiyyə Nazirliyinə yeni nazir müavini təyin edildi

Səhiyyə Nazirliyində yeni təyinat olub.

News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Viktor Qasımov Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib. Bununla da Səhiyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.

Qeyd edək ki, V.Qasımov bu təyinata qədər Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində çalışıb.