-
- 14-09-2018, 12:19
- 5 116
Samir Bağırov Röya, Damla və ölüm haqda: “Məni yandırsınlar” - VİDEO
Müğənni Samir Bağırov bəstəkar-müğənni və aparıcı Murad Arifin “Popumuz var” layihəsinin qonağı olub.
Sənətinə uzun müddət fasilə verən, daha sonra isə səhnəyə geri dönən ifaçı illər ərzində baş verənlərdən danışıb:
“Həyatda oxumaqdan başqa heç bir şey bacarmıram. Bu mənim qismətimdir.
Təxminən 5-6 il öncə özümə sual verirdim ki, ümumiyyətlə mən kimlərəsə lazımam? Səhnəyə dönməyimə ehtiyac varmı? Düşünürəm ki, bu hallar bütün sənət adamlarında baş verir.
Əsas məsələ ondadır ki, bu vəziyyətdən sonra yenidən səhnəyə döndükdə tamaşaçıya maraqlı olacaqmı?
Kimsə efirə çıxır və özünü ulduz sayır. Amma bir neçə illik sənətlərinə fasilə versələr və geri dönsələr özlərini yenə də ulduz saya biləcəklərmi?
Sənətdən getdiyim vaxtlar hər kəs düşünürdü ki, mən Azərbaycandan getmişəm, lakin mən hər zaman burada idi. Nadir hallarda ölkəni tərk edib geri dönürdüm.
Efirdə olmadığım zamanlar belə ulduz olduğumu hiss edirdim. Bəlkə də bəzi xalq artistləri insanlanlardan aldığım sevgini ala bilmir”.
O, bu vaxtadək layiq görülmədiyi fəxri adla bağlı bunları deyib:
“Heç bir fəxri adım yoxdur və bu məni narahat etmir. Sadəcə mənə pis təsir edir. Çünki mənimlə eyni ildə səhnəyə çıxan hər kəsin fəxri adı var. Mənə isə vermədilər.
Səhnədən getməyimə bunun heç bir təsiri olmadı. Çünki xasiyyətim belə deyil. Fanatı olduğum Rusiya şou-biznesinin prmadonnası Alla Puqaçova vaxtikən şəxsən mənə “Səni təbrik edirəm. Gələcək üçün isə sənə nə fəxri ad, nə də titul arzulamıram. Çünki bunların hamısı boş şeydir. Sənətçinin ən böyük uğuru xalqın sevgisidir.
Sənə bunu arzu edirəm. İnan mənə ən dəyərli mükafatdır” dedi.
Samir Bağırov əməkdar artist Röyanın səsinə vurğun olduğunu dilə gətirib:
"Röyanın səs tembrı valeh edir. Mahnı seçimi məni hər dəfə qane etmir. Aygün Kazımova ilə Röyanın oxşar cəhəti mahnılarında müxtəlif istiqamətlərə yönəlmələridir. Düşünürəm ki, Röyanın səsi bu günə olan ən gözəl səsdir".
S.Bağırov həmkarı və yaxın dostu xalq artisti Aygün Kazımovanın Namiq Qaraçuxurlu ilə olan işbirliyi barədə fikir bildirib:
“Belə bir mərhələ oldu. Həmin vaxtlar bu həm Aygün Kazımova üçün həm də dinləyicilər üçün uğursuz oldu.
Amma insanlar da müxtəlifdir. Bəziləri bunu bəyənirdi. Digərləri isə Aygünün Namiq Qaraçuxurlu işbirliyi qurmasından çox şey itirdiyini deyirdi. Nə qədər insan varsa o qədər də fikir var.
Mən isə onun çox şey itirdiyi ilə razılaşmıram”.
İfaçı M.Arifin Şəbnəm Tovuzlu yoxsa Damla və ya heç biri seçiminə Samir Bağırov "Damla" deyə cavab verib:
“Damlada məni cəlb edən cəhət xalqın onu sevməsi və istəməsidir. O, çox ağıllı və tərbiyəli qızdır. Onun verdiyi cavabları çox bəyənirəm. Ona söz atanların səviyyəsinə enmir.
Damalnın repertuarı, stili üzərində çalışsalar, onu super star etmək olar. Onun türk ifaçılarına bənzəməsininən dəyişməsinin tərəfdarıyam”.
Müğənni həmkarları həmkarları haqda fikir bildirdikdən sonra ölümü haqda danışıb:
“Deyirlər ki, klimatsiya (meyitin yandırılması) günahdır. Amma bu mənim xoşuma gəlir. Ölüm mənim üçün qorxulu deyil. Yaşlılıq məni qorxudur”.
Teymur Məmmədov