"Onlara cavab vermirəm, səviyyələrinə enmirəm" - Xatun
    • 8-07-2018, 12:25
    • 2 960

"Onlara cavab vermirəm, səviyyələrinə enmirəm" - Xatun

Müğənni Xatun Əliyeva şəxsi instagram hesabında ona söz atan şəxslərə səslənib. 

İfaçı həmin şəxslərin ondan səviyyəcə aşğı olduğunu vurğulayıb:

"Hərdən öz həyatımda təcrübələr edirəm və müxtəlif nəticələr görürəm. Elə insanlar var ki, onlara cavab vermirəm, səviyyələrinə enmirəm. Amma görürsən ki, susduqca özlərini haqlı sanırlar. Gərək hər kəsi öz dilində, öz səviyyəsində başa salasan. Düzdür, buna da can və enerji lazımdır. Ən salamatı çalışıb belə insanlardan uzaq durmaqdır. Pis, nankor, istifadəçi insanlardan uzaq olaq". 

Teymur Məmmədov