Efirdə dava: “Şəhidlərimizin ölümü şərəfsizdir?… Şəhid bacısı sizin kimi…” – VİDEO
    • 14-09-2018, 13:59
    • 654

Efirdə dava: “Şəhidlərimizin ölümü şərəfsizdir?… Şəhid bacısı sizin kimi…” – VİDEO

"Space” TV-də yayımlanan "El bizim, sirr bizim” verilişində ölkədə fəaliyyət göstərən xəbər saytları müzakirə mövzusu olub.

Proqrama dəvət alan müğənni Cavanşir Məmmədov media qurumlarından narazılığını dilə gətirib. O, yalan məlumatların mətbuatda dərc olunmasından bəhs edib, həmçinin saytların istinad mövzusundan söhbət açıb və bunun əleyhinə olduğunu qeyd edib.

Müğənni illər öncə getdiyi yas mərasiminlərdən birində molla ilə arasındakı dialoqdan danışıb: "Yas mərasimində idik. Molla çox savadlı olmağı ilə yanaşı məclisi yaxşı idarə edirdi. Ölüm haqdır, geci-tezi var, Allah qismət eləsin, biz də elə şərəfli ölək. Göydə təyyarədə partlamayaq, dənizdə batmayaq ki, tapıb dəfn edə bilsinlər. Yaxınlaşıb mollaya dedim ki, "efirdə öldüyümü eşitsən, gözləmə səni yasıma dəvət etsinlər, birinci özünü çatdır””.

Bu zaman verilişin qonaqlarından biri jurnalist Nuranə Abdullayeva sənətçinin "təyyarədə və dənizdə deyil, şərəfli ölək” sözlərinə etirazını bildirib. O, Cavanşir Məmmədova şəhidlərin də təyyarədə öldüyünü bildirərək müğənniyə iradını ifadə edib. Ardınca hər iki tərəf arasında gərginlik yaşanıb.

Cavanşir Məmmədov ona dediklərini yanlış anladığını və "şəhidin bacısı sizin kimi geyinib burada oturar?” deyib. Müğənninin bu sözlərindən sonra jurnalist köynəyini çiyinlərini çəkib və sənətçiyə hörmət etdiyini söyləyib. Amma C.Məmmədov "mənə hörmət etməyin” deyərək etirazını bildirib.

//minval.info