Hacıqabulda ana doğuşdan sonra ölüb.
News24.az xəbər verir ki, bu gün Hacıqabul rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində rayonun Atbulaq kənd sakini, 1995-ci il təvəllüdlü Bəşirova Fəxriyyə Mehman qızı oğlan uşağı dünyaya gətirdikdən bir neçə saat sonra kəskin qanaxma səbəbindən həyatını itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.