Deputatlarının koronavirus yoxlaması başa çatdı - YENİLƏNDİ
    • 9-03-2020, 13:10
    • 767

Deputatlarının koronavirus yoxlaması başa çatdı - YENİLƏNDİ

“Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar həkim müayinəsindən keçməsi tam yekunlaşıb”.

Bunu News24.az açıqlamasında Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.
O bildirib ki, müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.



***

10.30
Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bu gün VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək.

Parlamentin girişində bu məqsədlə termovizor qurğusu quraşdırılıb.
Qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən yeni seçilmiş deputatların hərarəti yoxlanılacaq.
Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiq edilib. /Trend/