“Kefimizdən evdə oturmamışıq ki...”- BAĞÇA MÜƏLLİMLƏRİ ETİRAZ EDİR
    • 12-03-2020, 13:48
    • 1 233

“Kefimizdən evdə oturmamışıq ki...”- BAĞÇA MÜƏLLİMLƏRİ ETİRAZ EDİR

“Orta məktəb müəlliminin maaşı verilir, amma bağça müəlliməsinin maaşı kəsilir. Bu nə dərəcədə doğrudur?”

Bunu News24.az-a adının çəkilməsini istəməyən bağça tərbiyəçisi deyib. 

O, mart ayında bağçalarda məşğələlər təxirə salındıqdan sonra əmək haqqlarının verilib-verilməyəcəyi ilə bağlı narahatlıq keçirdiyini dilə gətirib: “Bizə deyirlər, maaşınız 50 faiz kəsiləcək. Kefimizdən evdə oturmamışıq ki...  Niyə əmək haqqımızı verməsinlər?! Hər ay maaş gözləyən adamlarıq, o pula ehtiyacımız. Ailə saxlayırıq, evdə xəstəmiz, uşağımız var...” 
 
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər təhsil və uşaq evləri idarəsi ilə əlaqə saxladıq. Qurumdan News24.az-a bildirildi ki, belə bir fakt yoxdur. Maaşlarda heç bir azalma müşahidə olunmayacaq. Yəni maaşlar bugünədək necə verilirdisə, eyni qaydada da davam ediləcək.

Qurumdan o da bildirildi ki, bu Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin tabeliyində olan bağçalara aiddir.  

Afaq Mirayiq