Narla bağlı şəkil çəkin və 2000 manat qazanın - Foto müsabiqə - VİDEO
    • 15-09-2018, 14:52
    • 1 432

Narla bağlı şəkil çəkin və 2000 manat qazanın - Foto müsabiqə - VİDEO

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşəbbüsü ilə təşkil olunmuş "Nardan doğan rənglər" adı altında foto müsabiqəyə start verilir.

Müsabiqə bir ay ərzində ( 15- Sentyabr : 15-Oktyabr tarixlərində) keçiriləcək.

Müsabiqədə iştirak etmək və mükafat fondu 2000 - 1000 - və - 500 manat olan 3 - qalib yerlərdən birinə sahib olmaq isə çox asandır.

Bunun üçün həvəskar və yaxud peşəkar olan fotoqraflar "Nar dünyasını" əks etdirən çəkdiyi foto şəkili [email protected] elektron ünvanına göndərməlidir.

Müsabiqənin daha ətraflı şərtləri ve gedişatı ilə bağlı ANİİA-nın rəsmi səhifəsi olan https://www.pomegranate.az və instagram səhifəsindən https://www.instagram.com/aniia.offical əldə edə bilərsiz.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası müsabiqədə iştirak edəcək hər bir iştirakçıya uğurlar arzulayır!