-
- 13-03-2020, 14:25
- 650
Soyqırım haqqında qanun layihəsi qəbul edilsin - TƏKLİF
“İşğal edilən torpaqlar haqqında qanun layihəsinin hazırlanması, Milli Məclisdə Qarabağ komitəsinin yaradılması haqda təklifləri dəstəkləyirəm. Eyni zamanda, ermənilər Azərbaycanda dəfələrlə soyqırım aktı törədiblər. Ancaq biz indiyə qədər soyqırım haqqında qanun layihəsi qəbul etməmişik. Hesab edirəm ki, belə bir qanunun qəbuluna ehtiyac var”.
Bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Elman Məmmədov səsləndirib.
O, Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələyə bir neçə əlavə təkliflərdə edib.
O, deyib ki, parlamentin Əmək və sosial siyasəti və ya Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qaçqın və məcburi köçkünlərin statusu haqqında qanuna əlavə və dəyişiklikləri müzakirəyə çıxara bilər: "Nazirlər Kabinetinin qərarı var və ona yenidən baxılmalıdır. Bir həqiqət var ki, məcburi köçkünə müavinət onların statusuna görə verilir”.
Deputat təklif edib ki, iş planına Qarabağ danışıqları ilə bağlı vaxtaşırı parlamentdə dinləmələrin keçirilməsi daxil edilsin:
“Nələr müzakirə edilir? Həmsəd dövlətlər, Minsk Qrupu danışıqları hansı istiqamətdə aparır? Hesab edirəm ki, bu mövzuda açıq və ya qapalı formada müzakirələr aparmalıyıq”.
Deputat daha sonra deyib ki, Milli Məclisin iclas saatlarının vaxtına baxılmalıdır:
“İclas saat 12-də başlayır,14:00-da tənəffüs elan olunur və 16:00-da başlayaraq 18:00-a qədər davam edir. Bu reqlament 1995-ci ildə qəbul edilib. O zaman parlamentin 70 faiz üzvü vəzifəli şəxslər idi. Hesab edirəm ki, biz, iclasların saatına baxmalıyıq”.