Elman Rüstəmovun səlahiyyət müddəti artırılır
    • 6-04-2020, 12:46
    • 1 114

Elman Rüstəmovun səlahiyyət müddəti artırılır

Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Azərbaycan parlamenti aşağıdakı məsələləri müzakirə edəcək:

1. Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı;
2. E.S.Rüstəmovun Azərbaycan Mərkəzi Banknını İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi;
3. "Milli Məclis deputatının statusu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş);
4. "Milli Məclisin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş);
5. "Milli Məclisin komitələri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş).
6. "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (II oxunuş). /Teleqraf/com/