Bakıda marşrut avtobusu yola “protiv” çıxdı – VİDEO
    • 13-03-2020, 15:42
    • 894

Bakıda marşrut avtobusu yola “protiv” çıxdı – VİDEO

Bakıda bəzi marşrut avtobuslarının özbaşınalığı adi hala çevrilib.

News24.az-ın məlumatına görə, daha bir qayda pozuntusu halı Xətai rayonunda qeydə alınıb. 40 saylı xətt üzrə sərnişin daşıyan 99 jz 235 nömrə nişanlı avtobus svetaforda əks yola çıxıb. Həmin avtobus yalnız qarşıdan gələn avtomobilin haqlı olaraq yol verməməsindən sonra öz yoluna tərəf qayıdıb və bu zaman onunla eyni istiqamətdə hərəkət edən avtomobillərə təhlükə yaradıb.

Qeyd edək ki, 40 saylı avtobuslar Bakıda bəzi marşrut xətləri ilə birlikdə ən özbaşına və nəzarətsiz avtobuslardandır.