Bakıda növbəti avtobus biabırçılığı – DÖVLƏT QURUMLARI TƏDBİR GÖRMÜR - VİDEO
    • 23-12-2019, 10:28
    • 1 198

Bakıda növbəti avtobus biabırçılığı – DÖVLƏT QURUMLARI TƏDBİR GÖRMÜR - VİDEO

Bakıda bəzi marşrut avtobuslarının özbaşınalığı sərnişinləri boğaz yığıb. 

News24.az-ın məlumatına görə, şəhərin müxtəlif yerlərində “avtoşluq” edən, yola “protiv” çıxan heç bir tələb və standarta cavab verməyə avtobus və sürücülər insanların həyatını riskə atırlar. Son olaraq dekabrın 22-də 40 saylı marşrut avtobusu içi sərnişinlə dolu halda yolun əks hərəkət zolağına çıxıb. 10 TH 022 nömrə nianlı avtobusun sürücüsü yolu tamamilə kəsərək tıxaca səbəb olub və heç nə olmamış kimi yoluna davam edib.

Qeyd edək ki, Bakıda tamamilə özbaşına və nəzarətsiz marşrut avtobusları ilə bağlı heç bir tədbir görülmür. Dəfələrlə 40, 12, 29, 165, 46 və sair nömrəli marşrut avtobuslarının özbaşınalıqları barədə görüntülər yayılsa da, dövlət qurumları bu xətlərlə bağlı heç bir tədbir görmür və irəliləyiş yoxdur.