Bələdiyyə və özəl peşə təhsili müəssisələrinin müəllimləri ATTESTASİYADAN KEÇİRİLƏCƏK
    • 14-03-2020, 11:11
    • 997

Bələdiyyə və özəl peşə təhsili müəssisələrinin müəllimləri ATTESTASİYADAN KEÇİRİLƏCƏK

Azərbaycanda bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsilverənlərin attestasiyadan keçirilməsi təklif edilir.

Bunun üçün “Peşə təhsili haqqında” qanuna dəyişiklik olunacaq.

Qanunun 13-cü maddəsinə (Peşə təhsili fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası) təklif edilən dəyişikliyə əsasən, bələdiyyə və özəl peşə təhsili müsəssisəsində təhsilverənlərin attestasiyası keçiriləcək.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. /report/