Fransa çempionatı: azarkeşlər üçün cakuzi - FOTO
    • 16-09-2018, 18:30
    • 745

Fransa çempionatı: azarkeşlər üçün cakuzi - FOTO

Fransanın “Kan” klubu stadionda azarkeşlər üçün qeyri-adi yerlər təşkil edib.

Yerli futbol çempionatının “Kan” - “Lion” qarşılaşmasını bir neçə fanat meydanın kənarında quraşdırılan cakuzidən əllərində şampan qədəhləri ilə izləyib.

Bu kampaniya klubun talassoterapiya mərkəzlərinin biri ilə tərəfdaşlığı nəticəsində mümkün olub.
Belə ki, sosial şəbəkələrdə keçirilən müsabiqənin qaliblərinə cakuziyə biletlər təqdim edilib.