-
- 16-07-2018, 10:40
- 1 153
Futbol üzrə Dünya Çempionatının final oyununda insident- meydana hücum olundu
Dünən final oyunu keçirilən futbol üzrə Dünya Çempionatı futbolçuların maraqlı oyunu ilə yanaşı, baş verən qəribə insidentlə də yadda qalacaq.
News24.az xəbər verir ki, Moskvanın "Lujniki" meydanında keçirilən Fransa-Xorvatiya oyununun 56-cı dəqiqəsində qəfildən meydana 4 nəfər pank daxil olub.
Onlardan ikisi milisioner forması geyinmiş qızlar idi. Dərhal hadisəyə müdaxilə edən polislər xuliqanları meydandan çıxarıblar. Məlum olub ki, bu qızlar insidenti öncədən planlaşdırıb, bu barədə sosial şəbəkələrdə paylaşımlar da ediblər. "Milisioner oyuna daxil olur" adlı aksiya "Pussy Riot" adlı pank qrup tərəfindən təşkil olunub. Bu qrup dəfələrlə nüfuzlu tədbirlərə gözlənilmədən daxil olaraq iğtişaş törətməklə tanınır.