"12 il öncəki görüntülər..." - ZAUR KAMAL GÖRÜN, KİMDƏN DANIŞDI

"12 il öncəki görüntülər..." - ZAUR KAMAL GÖRÜN, KİMDƏN DANIŞDI
ŞOU-BİZNES

16-03-2020, 13:45

Mətn ölçüsü

Bir müddət öncə Xalq artisti Emin Ağalarov sosial şəbəkədə Zaur Kamalın olduğu videonu "İnstagram"da paylaşmışdı. Videoda məşhur azərbaycanlı ifaçı Jony-nin (Cahid Hüseynli) arxiv görüntüləri əks olunub.

News24.az xəbər verir ki,  Zaur Kamal sözügedən paylaşımdan danışıb: "Keçən verilişdə biz məşhur müğənni Jony-nin görüntülərini efirə verdik. 10-12 il əvvəl "Ay Zaur" verilişində çəkilmişdi o görüntülər. Həmin videoda Jony "Mən Moskvada yaşayacam və dünyaca məşhur müğənni olacam" demişdi. Dedi və sözünün üstündə də durdu. Həmin görüntüləri Emin Ağalarov da instaqram hesabında paylaşdı. Emin həmişə Jony-yə dəstəkdir. Biz də Azərbaycanımızı xaricdə bu cür təmsil edən gənclərimizlə fəxr edirik. Bizim üçün fəxrdir ki, Azərbaycanı xaricdə tanıtdırır. Bu cür insanlara eşq olsun".

Sevda Bayramova

Instagram