-
- 16-03-2020, 18:50
- 868
İtaliyada yaşayan azərbaycanlı SON VƏZİYYƏTİ AÇIQLADI: "Sanki müharibə və mühasirə vəziyyətindəyik"
"24747 yoluxma 1809 ölüm. Gün ərzində 200-300 ölüm hadisəsi ola bilir".
News24.az xəbər verir ki, bu sözləri İtaliyada yaşayan Pərvin Bağırova adlı azərbaycanlı xanım sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, ölkədə koronavirusla bağlı məsələni ciddi qəbul etməyən şəxslər var: "Əvvəla onu deyim, İtaliyada hazırda iflic durumdayıq! Çölə çıxmaq qəti qadağandır! Heç bir yer işləmir, yalnız market, əczanə, poçt. Bütün regionlara giriş çıxış qadağandır. Ölkələr arası yollar bağlıdır. İnsanlar sizə balkonda oxuduqları mahnılarla biz pozitivik demirlər, insanlar burda sağ qalmağa çalışır, havanın isinməsini möcüzə kimi gözləyirik! İnsanlar həkim və tibb işçilərinə dəstək olmaq üçün həmrəylik göstərir, hər gün alqışlayır, himnlərini oxuyurlar. Vəziyyəti məsxərəyə qoymurlar!
Niyə məhz koronavirus belə panika yaratsın ki!? Bu qədər savadsız yanaşımı bəzən elə savadlı insanlardan görüb məyus oluram! ÇÜNKİ BU VİRUS çox sürətlə yayılır və tibbi avadanlıqlar yetərli deyil, vaksin yoxdur, dərmanlar çatmır. Buna səhiyyə hazır deyil!!! Bu qədər bəsitdir cavab. Hazırda İtaliyada tibbi avadanlığın çatışmamasından, xəstəxanalarda yerin olmamasından dolayı ölən insanlar var! Nəfəs ala bilmədiyi üçün, sırasının çatmadığı üçün ölənlər var. Tək ölənlər var! Çünki ailə üzvləri xəstəxanaya buraxılmır! Həkimlər artıq insanları seçir, təsəvvür edirsiniz? Seçim edirlər ki, kimi xilas edək? Daha çox indi gənc nəsli qurtarmağa çalışırlar, təəssüf ki, bəzilərinin bu xəstəliyi yalnız yaşlılar tutur dedikləri yaşlılar nənələr-babalardır axı! Siz gənc ola bilərsiniz, immun sisteminiz güclü ola bilər, amma daşıyıcı olub evə gətirə bilərsiz bu virusu. İtaliyada bu virusun əsas yayılması, insanların bu virusu ciddiyə almaması oldu! İlk virus aşkarlanandan sonra universitet, məktəblər bağlandı. İnsanlar bilirsiz nə etdi? Tətildəyik düşüncəsi ilə ailələr, dostlar küçələrə axın etdilər, kafelərə doldular. Nəticə, indi qarşısını ala bilmirik və küçədə insan adında məxluq tapılmır!
Deməyim odur ki, artıq qərarlar qəbul edilmişdir ölkəmiz üçün, heç istəməzdim bu hal Azərbaycanda olsun .ONA GÖRƏ bacardığınız qədər ciddi yanaşın ,ehtiyac olmadığı sürədə küçəyə çıxmayın ,sosial həyatınızı dayandırın! Çox insan arasında olmayın !!! Gigiyena və s öz yerində .Pozitivliyə çağırışlardan çox güclü olmaq, hazır olmaq, savadlı yanaşmaq, maarifləndirmək lazımdır insanları...
Biz isə havaların isinməsini bir möcüzə kimi gözləyirik! 1 ay 15 gün var hələ, isindikdən sonra nə olacaq bilmirik əslində... Sanki müharibə və mühasirə vəziyyətindəyik. Odur ki, özünüzü qoruyun!"