-
- 16-03-2020, 23:19
- 897
Rusiya xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyur
Rusiya hökuməti xarici vətəndaşların ölkəyə girişini müvəqqəti olaraq dayandırır.
News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, rəsmi Moskva bu qərarı koronavirusun yayılması səbəbindən qəbul edib. Məhdudlaşma martın 18-dən mayın 1-dək qüvvədə olacaq.
Qadağa yük maşını sürücülərinə, diplomatlara və Rusiyada daimi yaşayanlara aid edilmir.