5 saylı Xəstəxana fəaliyyətini DAYANDIRDI - YALNIZ BU XƏSTƏLƏR... - VİDEO
    • 17-03-2020, 16:34
    • 2 227

5 saylı Xəstəxana fəaliyyətini DAYANDIRDI - YALNIZ BU XƏSTƏLƏR... - VİDEO

5 saylı Şəhər Kliniki Xəstəxana da fəaliyyətini müvəqqəti dayandırıb. 

News24.az xəbər verir ki, bu gün bir qrup insan xəstəxananın qarşısına toplaşaraq içəri qəbul edilmədiklərinə görə etiraz ediblər. 

Məsələ ilə bağlı 5 saylı Şəhər Kliniki Xəstəxanasıyla əlaqə saxladıq. Qurumdan News24.az-a bildirilib ki, xəstəxanada qəbul dayandırılıb: “Xəstəxana işləyir, amma xəstə qəbul etmirik. Yəni hələ ki, kənardan xəstə qəbul olunmur. Əgər hansısa şəxsin problemi varsa, qeydiyyatda olduqları klinikaya müraciət etsinlər”. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva News24.az-a bildirib ki, xəstəxanalar müəyyən edilmiş qayda ilə işləyir:  “Şəxsin hansı məqsədlə xəstəxanaya gəlməsindən çox şey asılıdır. Dəfələrlə demişik ki, hərarəti olanlar Bakı ərazisində 103-ə, Bakıdan kənarda isə 113-ə zəng vursunlar. Koronavirus simptomları ilə kimsə özündə şübhə bilib xəstəxanaya gedirsə, həmin xəstəxana onu qəbul etməyəcək.  Əgər səhhətlərində başqa bir problem varsa, o zaman xəstəxana həmin şəxsi mütləq qəbil etməlidir. 

Afaq Mirayiq