Türkiyədə hərbi məktəblər - KORONAVİRUSA GÖRƏ BAĞLANDI

Türkiyədə hərbi məktəblər - KORONAVİRUSA GÖRƏ BAĞLANDI Dünya
Türkiyədə hərbi məktəblər 13 aprel tarixinə qədər bağlanıb.

News24.az "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar məlumat verib. O bildirib ki, bu addım koronavirusa qarşı görülən tədbirlər çərçivəsində atılıb:"Bu, daxili və beynəlxalq əməliyyatlara, sərhədlərin təhlükəsizliyinə və Türkiyə Silahlı Qüvvələrinin digər fəaliyyətlərinə mənfi təsir göstərməyəcək şəkildə tətbiq ediləcək".