Orta məktəblərdə dərslərin aprelin 15-dək təxirə salınması ilə bağlı AÇIQLAMA - RƏSMİ
    • 18-03-2020, 10:47
    • 4 918

Orta məktəblərdə dərslərin aprelin 15-dək təxirə salınması ilə bağlı AÇIQLAMA - RƏSMİ

Orta məktəblərdə dərslərin başlamasının aprelin 15-dək təxirə salınması ilə bağlı rəsmi qərar və ya göstəriş yoxdur.

Bu News24.az-ın sualına cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan bildirilib. 

Qeyd edək ki, bir neçə gündür ki, sosial şəbəkələrdə orta məktəblərdə dərslərin başlamasının aprelin 15-dək təxirə salınması ilə bağlı xəbərlər yayılıb. Hətta özəl orta məktəblərdən birində valideynlərə bununla bağlı xüsusi bildiriş də göndərilib. 

Afaq Mirayiq