Dərslərin mayın 12-dək təxirə salınması yalan məlumatdır- - NAZİRLİK
    • 7-04-2020, 17:43
    • 910

Dərslərin mayın 12-dək təxirə salınması yalan məlumatdır- - NAZİRLİK

“Orta ümumtəhsil məktəblərində dərslərin mayın 12-dək təxirə salınması xəbəri həqiqəti əks etdirmir”.

Bunu News24.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, bu məlumatın heç bir əsası yoxdur: 

“Bu məlumatlar son bir ayda yayılıb, bunlar hamısı dezinformasiyalardı. Bundan əvvəl bu cür şaiyə yayan adamlarla bağlı müvafiq həbslər olmuşdu. Yəqin ki bu cür dezinformasiya yayan adamların növbəti həbslərdə adlarını görəcəyik”. 
    
Afaq Mirayiq