Azərbaycanda ağır qəza – avtobus “Kamaz”la toqquşdu: 15 yaralı
    • 17-09-2018, 11:06
    • 1 694

Azərbaycanda ağır qəza – avtobus “Kamaz”la toqquşdu: 15 yaralı

Sumqayıt şəhərində içi sərnişinlə dolu avtobus qəza törədib.
 Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan 3 saylı sərnişin avtobusu “Kamaz” markalı yük maşını toqquşub.
Nəticədə avtobusda olan şərnişinlərdən 15 nəfəri xəsarət alıb. Yaralananlar dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.
Sumqayıt şəhərində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində yaralananların adları məlum olub.
Qəzada xəsarət alan avtobus sərnişinləri bunlardır:
1986-cı il təvəllüdlü Vəliyeva Binyət Ömər qızı
1983 cü il təvəllüdlü Vəliyeva Aysel Ömər qızı
2011-ci təvəllüdlü Məmmədzadə Özgür Sahib oğlu
1988-ci il təvəllüdlü Məmmədzadə Rəvanə Sahib qızı
2009-cu il təvəllüdlü Rzayev Ömər Aqşin oğlu
2006-cı il təvəllüdlü Qurbanov Nihat Qurban oğlu
1953-cü il təvəllüdlü Məmmədova Nərgiz Mahmud qızı
1971-ci il təvəllüdlü Feyzullayev Feyzulla Əzizulla oğlu
1982-ci il təvəllüdlü Nuraliyeva Aynurə Rasim qızı
1995-ci il təvəllüdlü Mahmudov Bəhram Əhmədağa oğlu
1963-cü il təvəllüdlü Feyzalıyeva Nailə Qardaşxan qızı
1982-ci il təvəllüdlü Qurbanova Sevinc Xıdır qızı
2008-ci təvəllüdlü Qurbanova Aysun Qurban qızı.
Xəsarət alanlardan biri – 2011-ci təvəllüdlü Məmmədzadə Özgür Sahib oğlunun vəziyyəti ağırdır.
İki nəfər qeydiyyata düşməyib.

//report