"Rəhim mənimlə danışmaq istəmir" - NİYAM SALAMİ
    • 18-03-2020, 16:58
    • 1 128

"Rəhim mənimlə danışmaq istəmir" - NİYAM SALAMİ

"Rəhimlə böyük bir ədavətim olmayıb. Amma Rəhim mənimlə danışmaq istəmir. Mən də özüm barışmaq istəmirəm. "Dost" sözünə layiqsənsə, ona riayət edirsənsə, həmin adamla danış. Şou-biznesdə və ya həyatımda danışmadığım adamlar var. Həmin insanları dondururam, görmürəm".

News24.az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami ATV-də yayımlanan "Ən yaxşısı" verilişində deyib.

O, bildirib ki, həmkarı Ramal İsrafilovla barışıb: "Ramal İsrafilovla isə barışmışam. Elə bir şouda idik ki, barışmalıydıq. Gəldik, heç nə olmamış kimi danışdıq. Efirdə özünü idarə etməlisən, onu büruzə verməməlisən. Elə ab-hava yarandı ki, münasibətlər düzəldi". 

Sevda Bayramova