-
- 18-03-2020, 17:01
- 1 068
Baş nazirin koronavirus tapşırığı - Dövlət qurumları necə əməl edir? - Sorğu
Baş nazir Əli Əsədov dövlət qurumları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə məktub göndərib. Məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb. Sadalanan bu tapşırıqlar arasında 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlərin tətbiq edilməsi də daxil edilib.
Qeyd edək ki, Türkiyə və Gürcüstanda da 12 yaşadək uşağı olan anaların işə gəlməməsi qərara alınıb. Bəs görəsən, Azərbaycanda aidiyyatı qurumlarda bununla bağlı nə kimi addımlar atılır?
News24.az məsələ ilə bağlı bir neçə dövlət qurumunun mövqeyini öyrənib.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramovanın sözlərinə görə, ADY-də bu qərarla bağlı bir sıra dəyişikliklər edilib: “Dünəndən HR komandamız bu barədə əməkdaşlara rəsmi bildirişlər göndərib. 60 yaşdan yuxarı olan əməkdaşlarımız, bü gün də öhdəliyində azyaşlı övladları olan xanım əməkdaşlarımız sərbəst buraxılıb. Mənim də şöbəmdə 60 yaşlı həmkarım var idi, dünəndən ona da demişik ki, bu sərəncamdan irəli gələn vəzifələri icra etməkdə sərbəstsiniz. Xəstəliyi olan, imnmuniteti aşağı insanlar da sərbəst buraxılıb. Bizim sədrimiz bu məsələyə çox ciddi yanaşır”.
N.Bayramova onu da əlavə edib ki, ADY-nin inzibati binasında həkim sanitar xidməti tərəfindən sanitar epidemioloji tədbirlər gücləndirlirb: “Hər gün ADY əməkdaşlarının hərarəti cihazlarla yoxlanılır. Antiseptik məhlullardan istifadə etməyə məcbur edirik. Dünəndən artıq vağzal binasında qatarlara minən sərnişinlər üçün də antiseptik məhlullar quraşdırılıb ki, insanlar da istifadə edə bilsin”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahomova da News24.az-a bildirib ki, nazirlikdə yaşı 60-dan yuxarı olan şəxslərin, öhdəsində azyaşlı uşağı olan qadın işçilərin evdən işləmələrinə şərait yaradılıb: “Hazırda öhdəsində azyaşlı uşağı olan nazirliyin qadın işçiləri, yaşları 62 və 68 olan iki nazir müavini iş fəaliyyətlərini evdən davam etdirirlər”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən də bildirilib ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə göndərdiyi məktubda nəzərdə tutulan və koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsinin təmini ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də müvafiq işlər aparılır. Eyni zamanda, bu tapşrıqlardan biri kimi, 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməsi nəzərdə tutulur. Eləcə də, bu tapşırığa uyğun olaraq nazirlik sistemində 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq olunub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, metropolitendə işçilərin siyahısı tərtib olunub: “Həmin işçilərə tam olaraq sərbəst iş şəraiti yaradılıb. Zərurət yarandığı zaman işə gələ, işlərini gördükdən sonra bir saat ərzində də gedə bilərlər. Nazirlər Kabineti Yanında Operativ Qərargahın təlimatına uyğun olaraq qoyulan tələblər daxilində də bütün addımlar atılır”.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, nazirlik aparatında işləyən şəxslərin ailə vəziyyəti, sağlıq durumu nəzərdən keçirilir: “Baş nazirin tapşırığına uyğun olaraq, nazirlikdə bütün tədbirlər görülüb”.
Afaq Mirayiq