Oksana Rəsulova hər kəsdən gizlətdiyi HƏYAT YOLDAŞINDAN DANIŞDI
    • 18-03-2020, 17:50
    • 1 231

Oksana Rəsulova hər kəsdən gizlətdiyi HƏYAT YOLDAŞINDAN DANIŞDI

Rəqqasə, aktrisa Oksana Rəsulova prodüser Tarix Əliyevin (Tolik) "Tolik ilə səmimi" "Youtube" layihəsində qonaq olub.

News24.az xəbər verir ki, Rəsulova bir müddət öncə qanlı- bıçaqlı olduğu həmkarı Fatimə Fətəliyevadan danışıb: "Fatimə ilə çoxdan barışımışıq, hətta o, mənim "Sevgi romanı" filmimim qala-gecəsinə də gəlmişdi. Mən kinli insan deyiləm. Hər şey oldu və keçdi. Mənim o qədər başqa işlərim var ki, heç bunları düşünməyə vaxtım belə yoxdur. O da anadır, mən də. Həm də bu yaxınlarda qızının toyu oldu. Burdan bir daha təbrik edirəm. Düşündüm ki, niyə də küsülü qalmalıyıq?! Hər şey qaydasındadır".

Oksana Rəsulova söhbət əsnasında bildirib ki, hind rəqslərində özünə rəqib görmür: "Səhnəyə çıxdığım ilk gündən bu günə qədər özümə heç kimi rəqib görmürəm. Çünki özümə və peşəmə güvənirdim. Hindistanda mənə ustad pedaqoqlar, xoreoqraflar giymət verib fikir bildiriblər".

O. Rəsulova aktrisalardan və film sektorundan söz açıb: "Azərbaycanda kifayət qədər istedadlı aktrisalar var. Yaşlı nəslin nümayəndələrinin fəaliyyəti ilə bağlı ümumiyyətlə fikir bildirmək düzgün deyil. Çünki onlar bu sənətdə bizim müəllimlərimizdirlər. Bu sənətkarlardan öyrənəcəyimiz çox şey var. Lakin çox təssüf ki, son zamanlar rejissuradan, ssenaridən anlamayan insanlar film çəkirlər. Çəkirlər və nəticədə çox uğursuz, bərbad iş ortaya çıxarırlar. Mənə çox maraqlıdır ki, onlar bu pulu hardan tapırlar və sponsorları necə inandırırlar?!".

Rəsulova Pərvin Abıyeva haqda fikirlərini də bölüşüb: "Pərvini aktrisa kimi qəbul edirəm. Onun çox gözəl siması və bədən quruluşu var. Düşünürəm ki, o, ekran üçün çox uyğundur. Sadəcə, Pərvin öz üzərində çalışmalıdır. Həm o, həm də onunla birgə çalışan rejissorlar. Rejissorlar ondakı həmin potensialı üzə çıxarmalıdırlar".

O.Rəsulova həyat yoldaşından da bəhs edib: "Yəqin ki, bir gün həyat yoldaşımın xəbəri ortaya çıxacaq. Sadəcə, gözləyirik ki, bir az vaxt keçsin. Bu, ailələrimizin qərarıdır. Onun anası məni tanıyır, nəvəsinin olduğundan xəbərdardır. Osmanımın atası, iki nənəsi, babaları, bibiləri, bacıları, qardaşları, dayısı var".

Sevda Bayramova