Bu ölkədə koronavirusdan 10 dəqiqədə bir xəstə ölür - 1 SAATA 50 NƏFƏR VİRUSA YOLUXUR
    • 19-03-2020, 11:39
    • 1 087

Bu ölkədə koronavirusdan 10 dəqiqədə bir xəstə ölür - 1 SAATA 50 NƏFƏR VİRUSA YOLUXUR

İran Səhiyyə Nazirliyi ölkədəki koronavirusdan ölüm halları ilə bağlı statistikanı açıqlayıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur "Twitter" hesabında ölkəsində hər 10 dəqiqədən bir koronavirus səbəbiylə bir adamın öldüyünü yazıb.

O həmçinin 1 saat ərzində 50 nəfərin koronavirusa yoluxduğunu davurğulayıb.