Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını TƏBRİK ETDİ
    • 20-03-2020, 09:14
    • 1 479

Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını TƏBRİK ETDİ

Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. 

News24.az xəbər verir ki, təbrikdə deyilir: 

"Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!"