Məşhurlar xəyanət edən kişilərdən danışdı - VİDEO
    • 17-09-2018, 13:46
    • 2 279

Məşhurlar xəyanət edən kişilərdən danışdı - VİDEO

Kişilərin xanımlarına başqa qadınla xəyanət etməsi uzun illər öncə də var olub indi də yaşanır.

Bu dəfə sözügedən mövzuya şou-biznesin tanınmış simaları cavab verib.

Onlar “Kişilər niyə xəyanət edir?” sualına belə münasibət bildiriblər:

Mətanət İsgəndərli:
“Yəqin bir-birinə olan sevgiləri bitir”.

Emil Bədəlov:
“Kişi özü bilər. Düzgün etmirlər”.

Hüseyn Məhəmmədoğlu:
“Onu xəyanət edənlərdən soruşmaq lazımdır”.

Nurlan Növrəsli:
“Məncə onun adı xəyanət deyil, başqadır. Məncə ailəsi olan şəxs xəyanət etməz”.

Elçin Hüseynov:
“Xəyatnət etməsələr çox gözəl olar”.

Vüsal Hacıyev:
“Elə bir ideal insan tanımıram ki, xəyanət etməsin. Xəyanət etməsələr belə başqa variant var. Bu da dəfərlərlə ailə həyatı qurmaqdır. Həyatın qanunudur”.

Ədalət Şükürov:
“Mən şəxsən bu suala cavab verə bilmrərəm”.

Xatirə İslam:
“Kişi sevməsə, yoldaşı deyingən olsa xəyanət edə bilər. Əgər kişi xəyanət edirsə deməli günah qadındadır”.

Damla:
“Allah kişinin fitrətini belə yaradıb. Bu Qurani-Kərimdə də var ki, kişi 4 qadınla evlənə bilər. Hər bir qadın həyatında xəyatnət yaşayıb. Kim desə ki, başıma gəlməyib, onun səmimiyyətinə inanmaram”.

Rəqqasə Renka:
“Bu həyatın qanunudur. Xıyanət etməyən kişi yoxdur”.

Rəvan Qarayev:
“Kişilərin üstünə niyə qara damğa vurursunuz ki? Kişilər xəyanət etmir. Sadəcə evə vaxtında gəlmir. Dostları istirahər edir”.

Əhməd Mustafayev:
“Xəyanət etmək kişilərin qanındadır. Amma bu hamısına aid deyil. Elə kişilər var ki, ömürlərinin sonunadək həyat yoldaşlarına sədaqətli olurlar”.

Yaşar Yusub:
“Bunu hamısına aid etmirəm. Amma sizə ayıb olsun”.

Qeyd edək ki, sorğu “Xəzər” Tv-də Zümrüd Bədəlovanın aparıcılığı ilə yayımlanan “X Maqazin” verilişində yayımlanıb.

Teymur Məmmədov