Türkiyədə saxlanılan məşhurlar barədə yeni xəbər var – Yeniləndi
Dünya
Türkiyədə saxlanılan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki sərbəst buraxılıb.
News24.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, türkiyəli məşhurlar tibbi ekspertiza proseduru yekunlaşdıqdan sonra sərbəst buraxılıblar.
**
İstanbulda məşhurları hədəf alan qanunsuz maddə əməliyyatı keçirilib.
News24.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində 18 dekabr 2025-ci il saat 07:00-dan etibarən şəhərin 7 ünvanında axtarış aparılıb.
Əməliyyat nəticəsində Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümine Senna Yıldız saxlanılıb. Axtarış zamanı Mümine Senna Yıldızın evindən təxminən 5 qram marixuana və üyütmə aparatı aşkar edilib.
Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında tapılmayıb. İstintaq davam edir.