-
- 24-03-2020, 11:38
- 683
130 kisə gübrə oğurlayan şəxs TUTULDU
Şuşa şəhər sakini Nazim Quliyev Xocavənd Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus əkin sahəsindən dəyəri 3000 manat olan gübrənin oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əkin sahəsindən dənli bitkilər üçün nəzərdə turulmuş 130 kisə gübrəni oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini B.Quliyev saxlanılıb.
Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanmış gübrələrin bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar davam etdirilir.