Yevlax sakini 650 manat dəyərində samovar və qızıl əşyaları oğurladı
    • 29-07-2019, 20:31
    • 1 175

Yevlax sakini 650 manat dəyərində samovar və qızıl əşyaları oğurladı

Bir qrup Yevlax rayon sakini müxtəlif vaxtlarda Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən üç samovarın və qızıl əşyalarının oğurlandığı barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az -a bildiriblər ki, məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Rahib Dünyamalı saxlanılıb. Onun 650 manat dəyərində samovar və 630 manat dəyərində qızıl əşyaları oğurlayaraq vətəndaşlara ziyan vurduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.