NATO əməkdaşlarında koronavirus AŞKARLANDI
    • 24-03-2020, 15:37
    • 868

NATO əməkdaşlarında koronavirus AŞKARLANDI

Əfqanıstanda NATO əməkdaşlarında koronavirus infeksiyası aşkarlanıb.

Bu barədə məlumat NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının “Twitter” səhifəsində yer alıb.
Məlumata görə, koalisiyanın 4 işçisi koronavirusa yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 392 169-a çatıb. Bunların 102 850 nəfəri sağalıb, 17 138 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /Report/