Finlandiyanın sabiq prezidentində koronavirus aşkarlandı
    • 24-03-2020, 20:42
    • 539

Finlandiyanın sabiq prezidentində koronavirus aşkarlandı

Finlandiyanın keçmiş Prezidenti Marti Axtisaarinin koronavirusa yoluxduğu məlum olub.

News24.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 82 yaşlı Axtisaaridə infeksiya bu gün səhər aşkarlanıb. Hazırda eks-prezidentin səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Marti Axtisaari Finlandiyaya 1994-2000-ci illərdə rəhbərlik edib.