Qreta Tunberq də KARANTİNƏ ALINDI
    • 25-03-2020, 10:20
    • 715

Qreta Tunberq də KARANTİNƏ ALINDI

Avropa səyahətindən qayıdan 17 yaşlı isveçlı iqlim fəalı Qreta Tunberq də koronavirus şübhəsi ilə özünü karantinə aldığını açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında öskürdüyünü, qızdırmasının olduğunu və titrədiyini bildirib.

Q.Tunberq səyahət zamanı onunla birgə olan atasında da virusun bəzi əlamətlərinin olduğunu açıqlayıb.