Azərbaycanda yeni rüsum MÜƏYYƏNLƏŞDİ
    • Bu gün, 11:59
    • 187

Azərbaycanda yeni rüsum MÜƏYYƏNLƏŞDİ

Azərbaycanda təmərküzləşmə ilə bağlı ərizələrin araşdırılmasına görə 100 manat dövlət rüsumu tətbiq ediləcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun icrası ilə əlaqədar hazırlanan sənəddə qeyd edilib ki, qanuna bununla bağlı yeni maddı əlavə olunur.

Layihə müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul olunub.