Avtobus gözləmə zallarına  müvəqqəti olaraq giriş DAYANDIRILDI
    • 25-03-2020, 13:22
    • 524

Avtobus gözləmə zallarına müvəqqəti olaraq giriş DAYANDIRILDI

Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat Katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, məqsəd xüsusi karanti rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır: “Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur”.

O, sərnişinlərdən bunu anlayışla qarşılamalarını, avtobusu perronlarda gözləmələrini xahiş edib.