Bakı metrosunda həyəcanlı anlar
    • 18-09-2018, 10:23
    • 982

Bakı metrosunda həyəcanlı anlar

Bu gün səhər saatlarında metroda həyəcanlı anlar yaşanıb.

Vaqonda yaranan sıxlığa və havasızlığa görə "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda orta yaşlı sərnişinin halı pisləşib. O, yerə yıxılsa da, digər sərnişinlərin köməkliyi ilə özünə gətirilə bilib.

O, "28 may" stansiyasında düşürülüb. Ona ilkin yardım göstərilib.