-
- 25-03-2020, 18:05
- 772
İcra başçısının müavini işdən çıxarıldı- NÖQSANLARA GÖRƏ
Qaradağ Rayon İcra Hakimiyyətində Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib.
Qaradağ Rayon Icra Hakimiyyətindən News24.az-a verilən məlumata görə, müşavirə zamanı qeyd edilib ki, rayon ərazisində gündəlik genişmiqyaslı dezinfeksiya işləri aparılır və bu işlərə nəzarət məqsədi ilə monitorinqlər keçirilir. Bildirilmişdir ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlar buraxılmış və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri qeyri-qənaətbəxş hesab olunmuşdur.
Rayon ərazisində aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilmiş, Ələt qəsəbə nümayəndəsi Eldar İbrahimov tutduğu vəzifədən azad edilmişdir.
Qaradağ rayonunun qəsəbələrində gündəlik aparılan dezinfeksiya işləri ciddi müzakirə olunmuş, mövcud olan nöqsan və çatışmazlıqlar təhlil edilmişdir. Daha sonra mövcud olan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmiş və ciddi şəkildə bildirilmişdir ki, gələcəkdə öz işlərində nöqsanlara yol vermiş şəxslər cəzalandırılacaqlar.
Afaq Mirayiq