-
- 25-03-2020, 19:59
- 1 542
Ötən il qeydiyyata alınan qiymətli kağızlar açıqlanıb -11milyard
2019-cu ildə ölkədə 11 milyard 155,5 milyon manat dəyərində Mərkəzi Bankın notları, 1 milyard 671,9 milyon manat dəyərində korporativ istiqrazları, 1 milyard 489 milyon manat dəyərində səhmlər, 700 milyon manat dəyərində dövlət istiqrazları, 5990 ipoteka kağızı və 1 veksel dövlət qeydiyyatına alınıb.
Dövlət Statistika Komitəsindən News24.az-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda 10 milyard 218,2 milyon manatlıq Mərkəzi Bankın notları, 2 milyard 062,2 milyon manatlıq korporativ istiqrazları, 659 milyon manatlıq dövlət istiqrazları və 242,8 milyon manatlıq səhmlər yerləşdirilib. 2019-cu ildə nominal dəyəri 990,8 milyon manat olan korporativ istiqrazları, 525,7 milyon manatlıq dövlət istiqrazları, 379,1 milyon manatlıq Mərkəzi Bankın notları və 181,5 milyon manatlıq səhmlər tədavüldə olub.