-
- 26-03-2020, 09:31
- 979
"İçərişəhər"in bütün küçələri xüsusi məhlulla yuyulur - FOTO
Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "İçərişəhər" DTMQ ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və qurumlarda, muzeylərdə, bütövlükdə açıq ərazidə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən News24.az-a verilən məlumata görə, 25 mart tarixində Bakı Şəhər İcra hakimiyyətinin paytaxtımızda son günlər ərzində aparılan genişmiqyaslı dezinfeksiya tədbirləri çərçivəsində və xüsusi dəstəyi ilə İdarənin müvafiq qurumları ilə birgə İçərişəhərdə anoloji tədbirlərə başlanılıb.
Qoruğun bütün küçə, məhəllə və daxili yolları dezinfeksiya maşınları, habelə kommunal texnika vasitəsilə xüsusi məhlulla yuyulur.
Mart və aprel aylarında bu kimi dezinfeksiya işləri daimi həyata keçiriləcək.