Külli miqdarda NARKOTİK AŞKARLANDI
    • 26-03-2020, 18:06
    • 657

Külli miqdarda NARKOTİK AŞKARLANDI

Narkotik vasitə ilə tutulan şəxsin yaşadığı evindən heroin və marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş M.Əliyevin ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yaşadığı Şüvələn qəsəbəsindəki evə baxış zamanı 78,100 qr heroin və 9 kiloqram 895 qram marixuana aşkar edilərək götürülüb.