“Biz təbiəti qoruyuruq, siz isə özünüzü qoruyun” -Video
    • 26-03-2020, 22:10
    • 651

“Biz təbiəti qoruyuruq, siz isə özünüzü qoruyun” -Video

Azərbaycanda koronavirusla mübarizəyə dəstək məqsədilə keçirilən “Evdə qal” kampaniyasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da qoşulublar.

News24.az xəbər verir ki, bu məqsədlə onlar videoçarx hazırlayıblar. Nazirlik əməkdaşları vətəndaşlara özlərinin və yaxınlarının sağlamlıqlarının qorunması üçün evdə qalmaları haqda çağırış ediblər.

Videoçarxda vətəndaşlara “Həkimlərimiz şəfa verir, dövlətimiz güc verir, biz isə evdə qalaq, bir-birimizə dəstək olaq”, “Biz təbiəti qoruyuruq, siz isə özünüzü qoruyun”, “Bu gün evdə qalın, evdə qalın ki, sabah yaxınlarınızla xoş havadan zövq ala biləsiniz” və s. çağırışları edilir.