-
- 27-03-2020, 13:17
- 715
ETSN-dən #evdəqal kampaniyası çərçivəsində daha bir TƏŞƏBBÜS-VİDEO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi facebook səhifəsində "Tullantılara ikinci həyat ver" adlı maarifləndirici və məşğuledici ekoloji məşğələlərə başlanılır.
ETSN-nin mətbuat katibi İradə İbrahimova News24.az-a açıqlamasında bildirib ki, bu layihə ilə biz, həm evdə qalmaqla insanlarımıza səmərəli məşğuliyyət növü təklif edirik, həm də tullantıların atılıb, ətraf mühiti çirkləndirməməsi üçün onların məişətdə və istehsalatda təkrar istifadəsinin təşviqini həyata keçiririk.
"Plastik, şüşə, kağız və sairdən olan əşyaları istifadə etdikdən sonra onların yenidən istifadə olunma imkanlarının fərqinə varmadan tullantı kimi zibil qutusuna atırıq.
Tullantılara yeni həyat verərək onları istifadəyə qaytarmaq həm büdcəyə, həm təbiətə xeyirdir.
Bu məqsədlə də məşğələlərdə insanlar müxtəlif tullantılardan, xüsusilə plastik tullantılardan məişət əşyalarının, vacib ləvazimatların hazırlanması prosesini göstərən video görüntüləri izləyəcək, evdə qalaraq məişətləri üçün lazım olan yeni əşyaları hazırlamaq vərdişləri qazanacaq, vaxtlarını səmərəli keçirmə fürsəti əldə edəcəklər”.
Afaq Mirayiq